Messenat Holding- in binası adlanan yeni tikili kompleksdə, Heydər Əliyev prospektinə və dənizə birbaşa açılan səviyyəli panoraması olan 3 otaqlı təmirsiz mənzil satılır.
Qonaq otağı geniş olduğuna görə, mənzilin layihəsi (proyekti) 4 otaqlı studiya üçün daha uyğundur
Bina şəhərin ən prestijli və strateji nöqtələrindən birində, Ritz-Carlton oteli, Günaydın restoranı, Konqres Mərkəzi və Təhsil Nazirliyinin yaxınlığında yerləşir.
Sənədləri qaydasındadır - Çıxarış (Kupça)
Kompleks geniş infrastruktura, 24 saatlıq canlı mühafizə və video-nəzarət sisteminə, yeraltı avtodayanacağa, müasir sürətli liftlərə, uşaq meydançasına, eləcə də iaşə obyektlərinə (marketlər, aptek) malikdir.
Daimi qaz, su, işıq təminatı və müasir istilik sistemi ilə təchiz olunub.
Göstərilən vasitəçilik xidməti müqabilində ofis komissiyası, alıcı tərəfindən satış məbləğinin 1%-ni təşkil edir.